MDB
Telegram şantajı: FTX polkovnikinə 11 il həbs!
Rusiyada “Kremlyovskaya praçka” və “Nezıqar” Telegram kanallarının administratoru, FTX-nin istefada olan polkovniki Mixail Polyakov 11 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib. Bu, Rusiyada Telegram kanalları vasitəsilə pul tələb edilməsi ilə bağlı işlər üzrə indiyədək verilmiş ən sərt cəza kimi təqdim olunur.
Publika.az xəbər verir ki, hökmü Moskva Qarnizon Hərbi Məhkəməsi çıxarıb. Polyakov həbs cəzası ilə yanaşı, polkovnik rütbəsindən məhrum edilib və 800 min rubl cərimələnib.
İstintaqın versiyasına görə, keçmiş FTX əməkdaşı əlbir olduğu şəxslərlə birlikdə “Lanit” şirkətinin rəhbərlərindən pul tələb edib. Bunun müqabilində Telegram kanallarında şirkət haqqında dərc edilmiş neqativ materialların silinməsi və yeni tənqidi yazıların yayımlanmaması vəd olunub.
İttihama əsasən, 2020-2023-cü illərdə zərərçəkənlər bu sxemlə əlaqəli şəxslərə iki tranşla 44,7 milyon və 5,3 milyon rubl – ümumilikdə 50 milyon rubl veriblər.
Polyakovla birlikdə mühakimə olunan Aleksandr Sanin 9 il, Denis Savinski isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Mixail Polyakov son illərdə Rusiya güc strukturlarının Telegram kanallarının administratorlarına qarşı apardığı cinayət işlərində adı hallanan şəxslərdən biridir. Hüquq-mühafizə orqanları bir sıra belə işlərdə kanal sahibləri və administratorlarını şirkətlər və iş adamları barədə mənfi məlumatları silmək və ya dərc etməmək müqabilində pul tələb etməkdə ittiham edir.
Polyakova verilən 11 illik həbs cəzası isə bu kateqoriyadan olan işlər arasında ən ağır hökmdür. (Musavat.com)
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi
















.png)

















.jpg)

