MDB
Moskva gecə boyu PUA hücumuna məruz qaldı - Böyük dağıntı, yaralılar var
Moskva vilayəti gecə saatlarında kütləvi PUA hücumuna məruz qalıb. Hücum nəticəsində azı 3 nəfər yaralanıb, yaşayış və kommersiya obyektlərinə, avtomobillərə və enerji infrastrukturuna ziyan dəyib.
Publika.az xəbər verir ki, Ramenski rayonunda PUA qalıqları fərdi yaşayış evinin üzərinə düşüb. Nəticədə 10 yaşlı qız yaralanıb və ona tibbi yardım göstərilib.
Boqorodsk rayonunda da PUA qalıqlarının düşməsi nəticəsində bir qadın xəsarət alıb. Bundan başqa, Atlant-Park ərazisində “Wildberries”in anbar kompleksinə PUA düşüb. Yanğın baş verib və lokallaşdırılıb. İlkin məlumata görə, anbarın özündə xəsarət alan olmayıb.
Kolomnada 27 yaşlı kişi yaralanıb. PUA qalıqları ticarət köşkünə, VVAQ idarəsinin və mağazanın binalarına, həmçinin yaşayış evinin pəncərələrinə ziyan vurub.
Elektrostalda avtomobil və transformator yarımstansiyası zədələnib. Fövqəladə hallar xidmətləri hadisə yerlərində işləyir.
Hücum Moskvanı da əhatə edib. Moskva meri Sergey Sobyanin gecə ərzində paytaxta doğru uçan PUA-ların məhv edildiyini açıqlayıb. Saat 04:08-ə olan məlumata görə, Moskva istiqamətində 73 PUA vurulub. Sonrakı məlumatlar yenilənməyə davam etdiyi üçün ümumi say dəqiqləşdirilir.
Hücum fonunda Moskva hava qovşağında da müvəqqəti məhdudiyyətlər tətbiq edilib. “Vnukovo”, “Domodedovo”, “Jukovski” və “Şeremetyevo” hava limanlarında uçuşların gecikməsi və bəzi reyslərin marşrutlarının dəyişdirilməsi barədə məlumat verilib.
Hazırda hadisə baş verən yerlərdə operativ və fövqəladə xidmətlər işləyir. Hücumun miqyası və nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Adəm
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
















.jpg)
.jpg)



















