MDB
Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Rusiya ilə müharibənin bu ilin sonuna qədər başa çatacağına dair heç bir əsas görmür.
Publika.az xəbər verir ki, bu barədə GUR rəhbərinin müavini, general-mayor Vadim Skibitski “RBK-Ukrayna”ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, cəbhədə Rusiyanın atəşi dayandırmağa və real sülh danışıqlarına başlamağa hazır olduğunu göstərən heç bir əlamət yoxdur.
Skibitski bildirib ki, Rusiya rəhbərliyi qarşıya qoyduğu məqsədlərdən, xüsusilə Donetsk və Luqansk vilayətlərinə nəzarəti ələ keçirmək planından imtina etməyib. GUR-un məlumatına görə, Rusiya Baş Qərargahı Donetsk vilayətinin işğalını bu ilin sonuna qədər başa çatdırmağı planlaşdırır.
“Onların planları belədir və onların dedikləri də budur: bu ilin sonuna qədər heç bir razılaşma və sülh sazişinin imzalanması olmayacaq”, - Skibitski vurğulayıb.
Beləliklə, Ukrayna kəşfiyyatının qiymətləndirməsinə əsasən, Moskvanın hazırkı mövqeyi ilin sonunadək sülh sazişinin əldə olunması perspektivini olduqca aşağı salır.
Müəllif: Adəm
-
Region22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ





























.jpg)




