MDB
Rusiyada miqrantlarla bağlı sərt qərarlar: 100 min nəfər ölkədən çıxarıldı
Rusiyada miqrantların ölkədən çıxarılması kəskin şəkildə artıb.
Publika.az xəbər verir ki, 2026-cı ilin ilk yarısında Rusiyada xarici vətəndaşların inzibati qaydada ölkədən çıxarılması ilə bağlı təxminən 100 min qərar qəbul edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Moskva üzrə isə vəziyyət daha diqqətçəkəndir. Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına görə, paytaxtda miqrasiya qanunvericiliyini pozduğuna görə ölkədən çıxarılan xarici vətəndaşların sayı iki dəfə artaraq 8,3 mindən 16 minə yüksəlib.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, miqrantların törətdiyi cinayətlərin sayı da azalıb. Onun sözlərinə görə, 2026-cı ilin ilk altı ayında xarici vətəndaşların törətdiyi cinayətlərin sayı 40 faiz aşağı düşüb.
Volodin bu göstəriciləri miqrasiya sahəsində qəbul edilən yeni qanunvericilik normalarının tətbiqi ilə əlaqələndirib. Onun sözlərinə görə, ölkədən çıxarılma üçün əsasların genişləndirilməsi nəticəsində qanun pozuntularına qarşı tədbirlər sərtləşdirilib.
Qeyd edək ki, daha əvvəl 2023-cü ildən 2026-cı ilin may ayınadək Rusiyada 4,5 mindən çox miqrantın əldə etdiyi vətəndaşlığa xitam verildiyi açıqlanmışdı. Volodinin məlumatına əsasən, bu qərarların təxminən 40 faizi son bir ilin payına düşüb.
Müəllif: Adəm
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
















.jpg)
.jpg)



















