MDB
ABŞ-ın casus təyyarəsi Rusiya sərhədləri yaxınlığında
ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Bombardier ARTEMIS II” kəşfiyyat təyyarəsi avqustun 18-də təxminən beş saat ərzində Kalininqrad vilayətinin ətrafında patrul xidməti həyata keçirib.
Publika.az xəbər verir ki, bu barədə uçuş məlumatlarına istinadla “RİA Novosti” yazır.
Təyyarə Rumıniyanın Konstanta şəhərinin hava limanından Bakı vaxtı ilə saat 10:00 radələrində havalanıb. Təxminən saat 11:50-də o, Rusiya ərazisi yaxınlığında dairəvi trayektoriyaya çıxıb. Orada “Bombardier ARTEMIS II” Polşa və Litvanın hava məkanını kəsərək, Rusiya sərhədlərinə 50 km-dən daha yaxın yaxınlaşmadan Kalininqrad vilayətinin ətrafında uçuş həyata keçirib. Bakı vaxtı ilə saat 16:40 radələrində hava gəmisi trayektoriyadan çıxaraq uçuş bazasına tərəf yönəlib.
Agentlik uçuş məlumatlarına istinadla həmçinin yazır ki, eyni vaxtda ABŞ HHQ-nin digər təyyarəsi də Kalininqrad vilayətinin yaxınlığında uçub. “Gulfstream EA-37B Compass Call II” radioelektron mübarizə təyyarəsi iki saatdan çox müddətdə Polşanın Qdansk şəhərindən bir qədər qərbdə, Rusiya Federasiyası ərazisinin sərhədindən təxminən 100 km məsafədə olub.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq

















.jpg)
.jpg)



















