MDB
Zelenski müşavirini qovdu: Korrupsiya izi, yoxsa...
Ukrayna prezidenti Vladimir Zelenski Prezident Aparatı rəhbərinin müavini İrina Mudranı vəzifəsindən azad edib.
Publika.az xəbər verir ki, bununla bağlı prezidentin saytında müvafiq sərəncam dərc olunub.
Sərəncamda İrina Romanovna Mudranın Prezident Aparatı rəhbərinin müavini vəzifəsindən azad edildiyi bildirilir.
Bu qərar Ukraynada korrupsiyaya qarşı keçirilən əməliyyat fonunda verilib. Avqustun 19-da Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAP) siyasi elitanın çevrələrində fəaliyyət göstərən cinayətkar təşkilata qarşı “Forrest Qamp” adlı xüsusi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində İrina Mudranın, Ali Radanın deputatı və hazırda Ukraynada qadağan edilmiş “Müxalifət Platforması - Həyat Naminə” partiyasının keçmiş üzvü Vadim Stoların, eləcə də keçmiş deputat Maksim Mikitaşın evlərində axtarışlar aparılıb.
Hüquq-mühafizə orqanları şübhəli şəxslərin telefon danışıqlarının dinlənilməsinə dair audioyazıları da yayıb. Bu materialların “Mindich işi” ilə bağlı yayılan dinləmə yazılarına bənzədiyi bildirilir. Audioyazıların bir hissəsində rus dilində danışıldığı diqqət çəkib.
Qeyd edək ki, "Mindiç işi" (və ya "Midas" əməliyyatı) Ukraynanın energetika sektorunda, dövlətə məxsus "Enerqoatom" şirkətində aşkarlanan miqyası çox böyük olan korrupsiya və çirkli pulların yuyulması sxemidir.
Müəllif: Adəm
-
Region22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ





























.jpg)




