MDB
Ruslar Azərbaycana axın edəcəklər - SƏBƏB
“Formul-1” üzrə Azərbaycan Qran-prisinin tarixlərini əhatə edən həftədə - sentyabrın 21-dən 27-dək rusiyalıların Bakı otellərinə tələbatı ötən ilin analoji dövrü ilə müqayisədə on dəfə, əvvəlki həftəyə (14–20 sentyabr) nəzərən isə iki dəfə artıb. Rusiyalıların sentyabr ayında Bakıya səfərlərinin hər beşindən biri (20%-i) məhz yarış tarixlərinə təsadüf edir.
Publika.az xəbər verir ki, bu barədə məlumatı “Ostrovok” otel və mənzillərin onlayn bronlaşdırılması xidməti təqdim edib.
Sentyabrın 24-dən 26-dək Bakıda “Formul-1” üzrə Azərbaycan Qran-prisi keçiriləcək. Yürüş paytaxt küçələrindən keçən şəhər trasında baş tutacaq. Bu il Azərbaycan paytaxtındakı yarış yubiley xarakteri daşıyacaq və onuncu dəfə təşkil olunacaq.
Xidmətin məlumatına görə, rusiyalıların Azərbaycana marağı hələ yay mövsümünün əvvəlindən artmağa başlayıb, “Formul-1” isə mövsümün sonunda səfərlərin əsas təkanverici amilinə çevrilib. Ölkənin əsas turizm istiqaməti olan Bakıda istirahətə olan tələbat 2026-cı ilin may-sentyabr aylarında 2025-ci illə müqayisədə 10 faiz artıb. Ölkə bronlaşdırmaların sayına görə Fransa və BƏƏ-ni üstələyərək yay üçün ən məşhur xarici istiqamətlərin reytinqində 14-cü pillədən 12-ci pilləyə yüksəlib.
“Azərbaycana səfər etmək üçün viza tələb olunmur, Bakıya isə Moskva, Sankt-Peterburq, Yekaterinburq, Krasnoyarsk, Novosibirsk və Rusiyanın digər şəhərlərindən birbaşa reyslərlə gəlmək mümkündür. Bununla yanaşı, hadisə turizmi rusiyalıların Azərbaycana səfərlərinin daha nəzərəçarpan hərəkətverici qüvvəsinə çevrilir: məsələn, sentyabrda Bakıda eyni vaxtda bir neçə böyük tədbir keçiriləcək — “Formul-1” ərəfəsində Valeri Meladzenin konserti baş tutacaq, yarış həftəsonu çərçivəsində isə Kelvin Harris və Keti Perri çıxış edəcəklər”, — deyə “Ostrovok” xidmətinin idarəedici direktoru İrina Kozlova qeyd edib.
Sentyabr ayında Bakıda bron edilən bir gecənin orta qiyməti 8 250 rubl (169,44 AZN) təşkil edir ki, bu da keçən ilin göstəricisindən 4 faiz aşağıdır (2025-ci ildə - 8 600 rubl (176,63 AZN)). “Formul-1”in keçirildiyi həftədə isə yaşayış xərci daha yüksəkdir — bir gecə üçün 10 300 rubl (211,54 AZN).
Azərbaycanda istirahət üçün rusiyalı səyahətçilər ən çox dördulduzlu otellərə üstünlük verirlər — bütün bronlaşdırmaların 49 faizi onların payına düşür. Hər beş bronlaşdırmadan biri üçulduzlu otellərin (21%), 16 faizi beşulduzlu, 6 faizi bir-iki ulduzlu mehmanxanaların payına düşür. Mənzillər və ulduzsuz otellər isə hərəyə 4 faiz.
Azərbaycana ən çox uşaqsız yetkin cütlüklər yollanırlar — bronlaşdırmaların 59 faizi onların payına düşür. Bronların daha dörddəbir hissəsi təkbaşına səyahət edən rusiyalıların payına düşür. Uşaqlı ailələrin və uşaqsız yetkin qrupların payına isə hərəyə 8 faiz düşür.
Hüseyn İbadlı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qeyri-adi təkliflərə açıq olun
-
İdman20 Avqust 23:55"Qarabağ" "Tvente"ni məğlub etdi - YENİLƏNDİ
-
İdman20 Avqust 22:48Messi karyerasında 922-ci qolunu belə vurdu - VİDEO
-
Magazin220 Avqust 22:2422 yaşlı fenomen motosiklet qəzasında öldü
-
İKT20 Avqust 22:12Sevgilisini manipulyasiya etmək üçün “ChatGPT”nin “BEYNİNİ YUDU”
-
İKT20 Avqust 21:00Mais Ağayevə vəzifə verildi
-
Dünya20 Avqust 19:36Əriyən buzlaq 34 illik sirri açdı - Turistlər nələri aşkarlayıblar?
-
Magazin220 Avqust 19:24Müğənni və qızı qəzaya düşdü - “Onun burnu sınıb, dişi qırılıb”



















.jpg)
















