MDB
Ən yüksək maaşlı ixtisalar - Təcrübəli İT mütəxəssisləri qədər qazanırlar
2026-cı ildə əmək bazarı ixtisaslı kadrların xeyrinə dəyişib və artıq qaynaqçıların əməkhaqları İT mütəxəssislərinin gəlirləri ilə bərabərləşib.
Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya biznes-məsləhətçi, “Rusyayev Klub” biznes birliyinin təsisçisi İlya Rusyayev məlumat verib.
Ekspert bildirib ki, 2026-cı ildə fəhlə ixtisasları arasında gəlirə görə birinci yeri attestasiyadan keçmiş qaynaqçılar tutur. O qeyd edib ki, sənaye və neft-qaz sektorunda onlar üçün təklif olunan məbləğ ayda 200 min rubl həddini keçib və təcrübəli İT mütəxəssislərinin gəlirlərinə çatıb. Onun sözlərinə görə, növbəti yerlərdə elektromontyorlar, maşinistlər və quraşdırıcılar, həmçinin rəngsazlar, suvaqçılar, avtoçilingərlər, tornaçılar, frezerçilər, yük nəqliyyatı sürücüləri, CNC (ədədi proqramla idarə olunan) dəzgahlarının operatorları və mexaniklər qərarlaşıb.
“Zəif cərəyan sistemləri üzrə quraşdırıcıları, soyutma avadanlıqları üzrə texnikləri, aşpazları, gözəllik sənayesi ustalarını, pilotsuz aviasiya sistemlərinin (PAS) xarici pilotlarını, marketpleys menecerlərini və proqram təminatı testçilərini də əlavə etsək, işə qəbul zamanı və ya məvacib dərəcəsinə baxılarkən ali məktəb diplomunun tələb olunmadığı 15 sahə alınır”, - deyə Rusyayev bildirib.
Biznes-məsləhətçi diqqətə çatdırıb ki, Rusiya Əmək Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq, işəgötürənin razılaşdırılmış müddət ərzində çalışmaq öhdəliyi müqabilində şagirdlik müqaviləsi əsasında fəhlə ixtisasları üzrə təhsili ödəmək hüququ var. Təhsil haqqı müstəqil ödənildikdə isə Rusiya Vergi Məcəlləsinin 219-cu maddəsi il ərzində 150 min rubladək xərc həddində sosial vergi güzəşti nəzərdə tutur ki, bu da 13 faizlik dərəcə ilə 19 500 rubladək vəsaitin geri qaytarılması deməkdir; həmin limitə ixtisasın müstəqil qiymətləndirilməsi də daxildir.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
























.jpg)









