MDB
Vulkan yaxınlığında qalan 115 turistin helikopterlə təxliyəsinə başlanıldı
Kamçatkada güclü yağışlar səbəbindən Tolbaçik vulkanı ərazisində qalan turistlərin təxliyəsinə başlanılıb.
Publika.az Kamçatka diyarı hökumətinə istinadla xəbər verir ki, turistlərin helikopterlərlə təxliyəsi “Ölü meşə” (“Мертвый лес”) meydançasından həyata keçiriləcək. İnsanların buradan hava nəqliyyatı ilə avtomobil yoluna, daha sonra isə avtobuslarla Petropavlovsk-Kamçatskiyə çatdırılması planlaşdırılır.
Hazırda 79 turist qrup şəklində “Kleşnya” ərazisindən piyada “Ölü meşə” meydançasına doğru hərəkət edir.
Turistlərin Krapivnaya yol ayrıcından Petropavlovsk-Kamçatskiyə daşınması üçün üç avtobus göndərilib. Ümumilikdə 115-dək insanın təxliyə edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, vulkan ərazisində qalan turistlər arasında Azərbaycan vətəndaşı Tatyana Dolivets, eləcə də Rusiya, Çin, Belarus və İsrail vətəndaşları var.
Daha əvvəl Azərbaycanın Rusiyadakı səfirliyi və ölkəmizin Yekaterinburqdakı Baş Konsulluğu müvafiq yerli qurumlarla, eləcə də Kamçatkada fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri ilə əlaqə yaradıb və vəziyyəti diqqətdə saxlayır.
Turistlər güclü yağışlardan sonra çayın məcrasından çıxması nəticəsində nəqliyyat əlaqəsindən məhrum olublar. Daşqın nəticəsində yolun təxminən 30 kilometrlik hissəsi yuyulub.
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
























.jpg)









