MDB
Tokayev: Bugünkü seçkilər bu böyük işin yalnız başlanğıcıdır
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni birpalatalı parlamentinə – Qurultaya keçirilən seçkilərin böyük işin başlanğıcı olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Astanadakı Müstəqillik Sarayında yerləşən seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Tokayev Qazaxıstanın mühüm nəticələr əldə etdiyini qeyd edib: "Bununla yanaşı, qarşıda hələ böyük işlər dayanır və qarşımıza qoyduğumuz məqsədlər xüsusi əhəmiyyət daşıyır. Bugünkü seçkilər bu böyük işin yalnız başlanğıcıdır".
Qazaxıstan Prezidenti seçkiləri ölkə üçün tarixi gün adlandırıb: "Şübhəsiz ki, bu gün ölkəmiz üçün həqiqətən tarixi gündür. İlk dəfə olaraq birpalatalı Qurultaya seçkilər keçiririk. Bu, mühüm tarixi hadisədir. Vahid millət kimi birləşərək genişmiqyaslı islahatlar həyata keçiririk.
Qeyd edək ki, iyulun 1-də Qazaxıstanda yeni Konstitusiya qüvvəyə minib. Sənəd ölkənin ikipalatalı parlamentdən birpalatalı parlamentə – Qurultaya keçidini nəzərdə tutur. Qurultayda 145 deputat olacaq. Deputatlar yalnız partiya siyahıları üzrə seçiləcək və onların səlahiyyət müddəti beş il təşkil edəcək.
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
























.jpg)









