MDB
Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
Krasnodarda PUA hücumu nəticəsində “Ozon” logistika mərkəzi zərbəyə məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə TASS şirkətə istinadla məlumat yayıb.
İlkin məlumata görə, hücum zamanı xəsarət alan olmayıb. Lakin zərbədən sonra anbarda böyük yanğın başlayıb. Fövqəladə hallar xidmətləri artıq ərazidə işə başlayıblar.
Avqustun 24-nə keçən gecə Krasnodar sakinləri şəhərin rayonlarından birində beş partlayış və yanğın barədə məlumat veriblər. Şəhərin rəhbəri Yevgeni Naumov pilotsuz uçuş aparatlarının hücumunun dəf edildiyini bildirib.
Şəhərdə “Hər kəsin nəzərinə” siqnalı qoşulub. Məsul şəxs şəhər sakinlərini təmkinli olmağa, təhlükəsiz yerdə qalmağa və təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb. Bu fonda Krasnodarın Paşkovski hava limanında təyyarələrin qəbulu və yola salınması məhdudlaşdırılıb.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, regiona kütləvi hücumun dəf edilməsi zamanı PUA qalıqları Krasnodardakı özəl uşaq mərkəzinin üzərinə düşüb. Orada iki uşaq həlak olub, daha yeddi nəfər xəsarət alıb. Şəhər xəstəxanalarına həmçinin iki böyük şəxs yerləşdirilib. PUA fraqmentləri çoxmərtəbəli yaşayış binalarının və tikilməkdə olan evin üzərinə də düşüb. Şəhərdəki anbar binalarında isə qalıqların düşməsi yanğına səbəb olub.
Hüseyn İbadlı
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır















.jpg)












.jpg)




