MDB
Rusiya sülh deyil, səfərbərlik istəyir - Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın müharibəni bitirmək niyyətində olmadığını və ABŞ-da bununla bağlı bütün illüziyaların aradan qalxdığını bildirib.
Publika.az xəbər verir ki, Zelenski bunu Ukraynanın Müstəqillik Günü münasibətilə müraciətində deyib.
Onun sözlərinə görə, Rusiya sülh deyil, səfərbərlik istəyir və buna görə Ukrayna ordusunu gücləndirməlidir.
“Putin bizim yorulduğumuzu düşünür. Biz isə bilirik ki, o ölümlüdür. Siz bütün Ukraynanı və torpaqlarımızı ələ keçirmək istəyirdiniz, əvəzində neft emalı zavodlarınızı, donanmanızı, gəlirlərinizi və bütöv bir nəslinizi itirdiniz”, - Zelenski qeyd edib.
Ukrayna lideri ABŞ-ın Rusiyanın müharibəni başa çatdırmaqla bağlı illüziyalarının qalmamasını müsbət qiymətləndirib. O, Vaşinqtonun Ukraynaya daha çox silah verməli olduğunu vurğulayıb:
“Biz sizin bizim üçün döyüşməyinizi istəmirik. Ukraynaya bu müharibəni bitirmək üçün lazım olan hər şeyi verin”.
Zelenski qeyd edib ki, əvvəllər ABŞ-ın Ukraynaya müəyyən silahların verilməsi ilə bağlı qərarları mümkünsüz hesab edilirdi, lakin sonradan Vaşinqton bu qərarları qəbul edib.
Müəllif: Adəm Abbaslı
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
















.jpg)









.jpg)









