MDB
“Şimal axını” Kiyevi çətin vəziyyətə saldı - Almaniya Ukraynanın Aİ yolunu kəsə bilər
Almaniya Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə mane ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “UnHerd” nəşri yazıb.
Bildirilib ki, Berlinin Kiyevə münasibətinin dəyişməsinə 2022-ci ildə “Şimal axını” qaz kəmərlərinin partladılmasında şübhəli bilinən şəxsin saxlanılması səbəb ola bilər. Məlumatların üzə çıxması Ukraynanın müdafiə strategiyası və partlayışda mümkün rolu ilə bağlı yeni suallar yaradıb.
“Şimal axını” ilə bağlı məhkəmə prosesi başlayarsa, terror aktının sifarişçisinin kim olduğu və Ukrayna prezidenti Vladimir Zelenskinin hadisədən xəbərdar olub-olmaması kimi məsələlər gündəmə gələ bilər.
“UnHerd” hesab edir ki, qısa müddətdə bu məlumatlar Almaniyanın Ukraynaya dəstəyinə ciddi təsir göstərməyə bilər. Lakin uzunmüddətli perspektivdə Berlinin Ukraynanın həm Aİ-yə, həm də NATO-ya üzvlüyünə daha ehtiyatlı yanaşmasına səbəb ola bilər.
Zelenski isə daha əvvəl Ukraynanın “Şimal axını-2” qaz kəmərinin partladılması əməliyyatında iştirak etmədiyini bildirib.
Rusiya prezidenti Vladimir Putin isə qeyd edib ki, “Şimal axını”nın ikinci qolu Polşa ərazisindən keçə bilərdi. Lakin riskləri azaltmaq üçün Baltik dənizinin dibi ilə marşrut seçilib və bu qərar Polşanı tranzit gəlirlərinin bir hissəsindən məhrum edib.
Müəllif: Adəm
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
















.jpg)









.jpg)









