MDB
Rusiya sanksiyalara uyğunlaşır, biz isə vaxt itiririk - Zalujnı
Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, ölkənin Londondakı səfiri Valeri Zalujnı Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyalarının zaman keçdikcə təsirsiz qala biləcəyini qeyd edib.
Publika.az xəbər verir ki, Zalujnı bu barədə Ukraynanın “24 Kanal”ına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Rusiya tətbiq olunan yeni məhdudiyyətlərə uyğunlaşır və buna görə də sanksiyaların təsiri zamanla azala bilər.
“Zaman keçdikcə hətta bu sanksiyalar kompleksi də təsirsiz olacaq. Çünki Rusiya daim uyğunlaşır, biz isə vaxt itiririk”, - deyə Zalujnı bildirib.
O qeyd edib ki, sanksiyalar Ukraynaya kömək edir. Lakin onun fikrincə, Qərbin Rusiyaya qarşı məhdudiyyətləri mərhələli şəkildə tətbiq etməsi düzgün yanaşma deyil:
“Sanksiyalar, əlbəttə, Ukraynaya kömək edir. Amma bu, yeni “iPhone”un təqdimatı kimi ola bilməz: paket, paket, paket, paket”.
Müəllif: Adəm
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
















.jpg)









.jpg)









