MDB
Zelenskidən səfərbərlik iddiası: Rusiya 300 min nəfəri orduya cəlb edəcək
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın seçkilərdən sonra yeni səfərbərlik dalğasına başlaya biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Moskva 2026-cı ildə Rusiya ordusuna əlavə 300 min nəfər cəlb etməyi planlaşdırır. O bildirib ki, səfərbərliyin əsasən ölkənin mərkəzi şəhərlərində deyil, regionlarda keçirilməsi gözlənilir.
“Əminik ki, seçkilərdən sonra onlarda səfərbərlik olacaq. Düşünürük ki, bu, mərkəzi şəhərlərdə olmayacaq. Amma bunun çox ciddi şəkildə gizlədiləcəyini düşünmürəm”, - deyə Zelenski vurğulayıb.
Ukrayna lideri qeyd edib ki, əvvəl Kreml qarşısına təxminən 500 min nəfərin orduya cəlb edilməsi məqsədini qoymuşdu. Hazırkı strategiyaya əsasən 2026-cı ildə əlavə 300 min hərbçinin, 2027-ci ildə isə müəyyən sayda şəxsin orduya cəlb edilməsi nəzərdə tutulur.
Zelenski Rusiya ordusunun cəbhədə əsas hədəfinin Konstantinovka-Slavyansk istiqaməti olaraq qaldığını da bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin generallarına ilin sonuna qədər Donetsk və Luqansk vilayətlərinin işğalını başa çatdırmaq tapşırığı verib.
Ukrayna prezidenti hesab edir ki, yeni səfərbərlik keçiriləcəyi təqdirdə Kreml əlavə qüvvələri cəbhənin şərqindəki vəziyyətdən asılı olaraq müxtəlif istiqamətlərə bölüşdürə bilər.
Onun sözlərinə görə, Rusiya qoşunları şərq istiqamətində irəliləyiş əldə edərsə, yeni cəlb olunan hərbçilərin bir hissəsi cəbhənin digər sahələrinə, o cümlədən mümkün “bufer zonası”nın yaradılması üçün göndərilə bilər.
Müəllif: Adəm
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
















.jpg)









.jpg)









