MDB
Qazaxıstandan Rusiyaya yanacaq axını başlayır: Yeni razılaşma əldə olundu
Qazaxıstandakı neft emalı zavodlarından biri Rusiya neftini emal edəcək. Zavodda istehsal olunan benzin və dizel yanacağının təxminən 70 faizi Rusiyaya göndəriləcək.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkencenov hökumətin Astanada keçirilən iclasından sonra bildirib.
Onun sözlərinə görə, Qazaxıstan tərəfi Rusiyanın Energetika Nazirliyindən bununla bağlı rəsmi müraciət alıb.
İstehsal olunan neft məhsullarının 30 faizə qədəri Qazaxıstanın daxili bazarında qalacaq, qalan hissəsi isə Rusiya istehlakçılarına göndəriləcək. Nazir bu bölgünü məqbul hesab edib.
Akkencenov zavodun sahibinin sanksiyalar altında olmadığını da bildirib. O qeyd edib ki, bu, tədarük sxeminin məhdudiyyətlərlə bağlı ciddi problem olmadan həyata keçirilməsinə imkan verəcək.
Müəllif: Adəm
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
















.jpg)









.jpg)









