MDB
Səidə Mirziyoyeva: "Özbəkistan və Azərbaycanı xüsusi dostluq münasibətləri bağlayır" - FOTO
Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Daşkənd və Bakı arasında xüsusi dostluq münasibətlərinin olduğunu bildirib.
Publika.az xəbər verir ki, o, bunu Azərbaycan Prezidenti İlham Əliyevin və ailəsinin Özbəkistana son səfərini şərh edərkən sosial şəbəkə hesabında yazıb.
"Ölkələrimizi xüsusi dostluq münasibətləri bağlayır. Bu, yalnız dövlətlərarası münasibətlərdə deyil, xalqlarımızın bir-birinə göstərdiyi səmimi münasibətdə də özünü göstərir. Tariximizdə, mədəniyyətimizdə və adət-ənənələrimizdə çoxlu ortaq cəhətlər var. Bu gün isə bunlara infrastrukturdan tutmuş investisiyalara qədər ən müxtəlif sahələrdə yeni birgə layihələr əlavə olunur", - deyə Mirziyoyeva yazıb.
O vurğulayıb ki, Azərbaycan liderinin səfəri iki ölkə arasındakı münasibətlərdə daha bir mühüm səhifə açıb. S.Mirziyoyeva qeyd edib ki, imzalanmış Əbədi dostluq haqqında Müqavilənin adı bu gün Özbəkistanla Azərbaycanı birləşdirən münasibətləri çox dəqiq ifadə edir.
"Azərbaycanlı dostlarımızı Özbəkistanda görməkdən məmnunuq. Sizi hər zaman gözləyən ölkəyə xoş gəlmisiniz", – deyə o əlavə edib.
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
















.jpg)









.jpg)









