MDB
Ukrayna ABŞ-a səfir tapa bilmir: Zelenski iki namizəd arasında qalıb
Ukrayna hakimiyyəti artıq bir aya yaxındır ABŞ-dakı səfir postuna kimin təyin olunacağını müəyyənləşdirə bilmir. Buna səbəb ölkədə yaşanan kadr çatışmazlığıdır.
Publika.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
Bildirilib ki, hazırda Ukrayna prezidenti Vladimir Zelenskinin nəzərdən keçirdiyi iki əsas namizəd var. Bunlar Prezident Ofisinin rəhbərinin müavini Pavel Palisa və ölkənin sabiq xarici işlər naziri Dmitri Kulebadır.
Lakin Pavel Palisanın Zelenskinin yaxın çevrəsində mühüm fiqur olduğu üçün onun Vaşinqtona göndərilməsi ehtimalı aşağı qiymətləndirilir. Dmitri Kulebanın namizədliyi ilə bağlı isə əlavə detallar açıqlanmayıb.
Ukraynanın Vaşinqtondakı səfir postunun uzun müddət boş qalması Qərbdə də narahatlıq yaradıb. Vəzifə Olqa Stefanişinanın istefasından sonra boş qalıb. Stefanişina Ukraynaya qayıtdıqdan sonra ölkənin korrupsiyaya qarşı mübarizə qurumları - NABU və SAP tərəfindən korrupsiya ilə bağlı bir sıra ittihamlarla üzləşib.
Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da ABŞ-a səfir vəzifəsinə əsas namizədlərdən biri kimi göstərilirdi.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








