MDB
Rusiya Ukrayna ilə müharibədə bu üsula əl atdı: Hədəfi özü seçəcək
Rusiya Ukraynada süni intellektlə idarə olunan və hədəfi müstəqil seçə bilən pilotsuz uçuş aparatlarından istifadə etməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Məlumata görə, Rusiya ordusunun istifadə etdiyi "V2U" və “Molniya” tipli dronlarda süni intellekt sistemi hədəfi insan operatorunun müdaxiləsi olmadan müəyyənləşdirə bilir.
Belə dronlardan birinin iyulun 6-da Zaporojyedə yanacaqdoldurma məntəqəsinə hücum etdiyi bildirilib. Aparat binanın yanından keçə bilməyərək insanların gizləndiyi əraziyə çırpılıb və partlayıb. Hadisə nəticəsində üç mülki şəxsin öldüyü qeyd olunub.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam isə dronun son mərhələdə hədəfi özü müəyyənləşdirməsidir. Bu xüsusiyyət belə aparatların radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılmasını da çətinləşdirir, çünki dron uçuş zamanı radio siqnalı ötürməyə bilər.
Qeyd olunur ki, Ukrayna da süni intellektli zərbə dronları üzərində işləyir. Lakin Kiyevdə hədəfin son seçiminin tamamilə süni intellektə həvalə edilməsi ilə bağlı ciddi risklər olduğu bildirilib. Ukraynalı istehsalçılar belə sistemlərin səhv qərar verərək mülki şəxsi hədəf seçə biləcəyini vurğulayıblar.
Ekspertlər hesab edir ki, yaxın illərdə zərbə dronlarının hədəfi müstəqil seçməsi adi hala çevrilə bilər. Bu isə müharibədə insanın son qərar verən tərəf kimi rolunun azalması ilə bağlı ciddi təhlükəsizlik və hüquqi suallar yaradır.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








