MDB
Zaxarova Ermənistanı tənqid etdi: Bu, açıq-aşkar ədəbsizlikdir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ) imkanlarından yararlanmağa, həm də Avropa İttifaqına (Aİ) inteqrasiya yolunda irəliləməyə çalışmasını kəskin tənqid edib.
Publika.az xəbər verir ki, Zaxarova Ermənistanın bu siyasətini “açıq-aşkar ədəbsiz taktika” adlandırıb.
Diplomat bildirib ki, Ermənistanın Aİ-yə mümkün üzvlüyü Aİİ və Avropa İttifaqının normativ-hüquqi bazalarının bir-biri ilə uyğun gəlməməsi səbəbindən ciddi ziddiyyətlər yaradır.
Zaxarovanın sözlərinə görə, İrəvan Avropaya inteqrasiya planlarını Aİİ tərəfdaşları ilə razılaşdırmayıb və eyni zamanda hər iki istiqamətdən üstünlük əldə etməyə çalışır.
“Ermənistan Avropa İttifaqına üzvlüyün üstünlüklərini əldə etmək, bununla yanaşı, Aİİ çərçivəsindəki imtiyazlardan imtina etməmək istəyir”, - deyə Zaxarova qeyd edib.
O əlavə edib ki, Ermənistanın bu ikili kursu uzunmüddətli perspektivdə həm Aİİ ölkələri, həm də Rusiya ilə münasibətlərə mənfi təsir göstərə bilər.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








