MDB
“Qiyamət radiosu” susmur: 27 avqustda 13 sirli mesaj - Rəqəmlər nə deməkdir?
Rusiyada “Qiyamət günü radiosu” kimi tanınan UVB-76 (“Jujjalka”) radiosu 27 avqustda qeyri-adi aktivlik nümayiş etdirib.
Publika.az xəbər verir ki, gün ərzində radiostansiyada çoxsaylı kodlaşdırılmış mesajlar səsləndirilib. Mesajlarda “Podqolosok”, “Kumotom”, “Lyuftozil”, “İzoferment”, “Zaloçex”, “Peqreşeniye”, “Kuroçka” və digər anlaşılmaz sözlərlə yanaşı, müxtəlif rəqəm kombinasiyaları da yer alıb. Günün ilk mesajı Moskva vaxtı ilə saat 06:57-də qeydə alınıb.
Radiostansiyanın bu cür aktivliyi son günlərdə də müşahidə olunub. Lakin 27 avqustdakı mesajların sayı əvvəlki günlərlə müqayisədə xüsusilə diqqət çəkib. “Jujjalka”nın ötürdüyü kodların mənası rəsmi şəkildə açıqlanmır.
Maraqlıdır ki, bu aktivlik ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfərindən sonra baş verib. Retkliffin Moskva səfərində mümkün eskalasiyanın qarşısının alınması məsələsinin müzakirə edildiyi iddia olunur.
Qeyd edək ki, UVB-76 uzun müddət fasiləsiz “uğultu” siqnalı yayımlaması ilə tanınır. Bəzən bu siqnal kəsilir və efirdə mənası açıqlanmayan söz və rəqəm kombinasiyaları səslənir.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








