MDB
Paşinyanın sözləri Ermənistanda ciddi narazılıq yaradacaq: Moskvadan sərt ittiham
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendumun keçirilməsi məsələsində mövqeyini tənqid edib.
Publika.az xəbər verir ki, Rusiya XİN rəhbəri bu barədə RBK telekanalına müsahibəsində danışıb.
Lavrov hesab edir ki, Paşinyanın referendumun yalnız Ermənistan Aİ-yə üzvlük üçün rəsmi müraciət etdikdən, buna cavab aldıqdan və üzvlük üzrə “yol xəritəsi” hazırlandıqdan sonra müzakirə edilə biləcəyini söyləməsi onun Ermənistan xalqına və seçicilərinə “çox böyük etimad göstərmədiyini” nümayiş etdirir.
“Bir neçə gün əvvəl oxudum ki, Nikol Paşinyan referendum haqqında yalnız Avropa İttifaqına müraciət etdikdən, həmin müraciətə reaksiya verildikdən və bu üzvlüklə bağlı “yol xəritəsi” hazırlandıqdan sonra danışmağın mümkün olduğunu bildirib. Onun sözlərinə görə, referendum da bundan sonra keçiriləcək”, - Lavrov deyib.
Rusiya XİN rəhbəri Ermənistanın son illərdə Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində inkişaf etdiyini də vurğulayıb. Onun sözlərinə görə, son üç ildə Ermənistanın xarici ticarət dövriyyəsi 6 milyard dolları ötüb, bir ildə isə bu göstərici 12 milyard dollara çatıb.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








