MDB
Göyərtəsində 99 sərnişin olan təyyarə qəza siqnalı göndərdi
“Azimut” aviaşirkətinə məxsus "Superjet" təyyarəsi Sankt-Peterburq-Tbilisi reysi zamanı Nijni Novqorod üzərində fövqəladə vəziyyət siqnalı verib.
Publika.az xəbər verir ki, hadisə təyyarənin təxminən 10,5 min metr yüksəklikdə uçduğu zaman baş verib. Pilotların kabinəsində baqaj bölməsində mümkün yanğınla bağlı xəbərdarlıq işə düşüb. Ekipaj beynəlxalq “Mayday” qəza siqnalı verərək yanğınsöndürmə sistemini işə salıb.
Bundan sonra ekipaj təyyarəni Nijni Novqorod hava limanına məcburi endirmək qərarına gəlib. Təyyarədə 99 sərnişin olub. Eniş uğurla həyata keçirilib və xəsarət alan olmayıb.
Təyyarəyə baxış zamanı isə baqaj bölməsində yanğın izləri aşkarlanmayıb. Növbəti səhər təyyarə Moskvaya uçub və texniki yoxlamadan sonra yenidən reyslərə buraxılıb.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








