MDB
Təyyarə qəfil alışdı - Almatı hava limanında işçi yaralandı
Qazaxıstanın Almatı hava limanında “FlyArystan” aviaşirkətinə məxsus təyyarədə yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə “Air Astana” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Hadisə aviaşirkətin təyyarəsində planlı texniki işlər aparılan zaman baş verib. İşlər zamanı təyyarədə lokal yanğın meydana gəlib və hava limanının fövqəladə xidmətləri tərəfindən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində “Air Astana” qrupunun bir əməkdaşı xəsarət alıb. Ona tibbi yardım göstərilib və daha sonra xəstəxanadan buraxılıb.
Şirkət bildirib ki, hadisə zamanı təyyarənin göyərtəsində sərnişin və ekipaj üzvü olmayıb.
Təyyarə müvəqqəti olaraq istismardan çıxarılıb. Hazırda onun zədələnmə dərəcəsi qiymətləndirilir və təmir işləri aparılır.
“Air Astana” qrupu və Almatı Beynəlxalq Hava Limanı hadisənin səbəblərini və digər təfərrüatları araşdırır.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







