MDB
Hərbi komissar öldürüldü
Ukraynada yüksək rütbəli hərbçi qətlə yetirilib.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Nəşr güc strukturlarındakı mənbəsinə istinad edib. Qeyd edilib ki, öldrülən şəxs Sumı şəhərinin TÇK-sının (Hərbi komissarlığın analoqu-red.) rəisi, polkovnik Andrey Puqaçdır.
Agentliyin mənbəsi onu da əlavə edib ki, Ukrayna rəsmiləri hələlik Sumı TÇK rəhbərinin hansı səbəbdən və hansı şəraitdə ölməsinə şərh verməyiblər.
Qeyd edək ki, son iki ildə TÇK-lar ilə bağlı narazılıqlar xeyli artıb. Sosial şəbəkələrdə insanları küçə və ictimai yerlərdə zorla TÇK avtomobillərinə mindirərək səfərbərliyə alınmasını əks etdirən görünütülər yayılır. Ayrı-ayrı vaxtlarda isə TÇK avtomobillərinin yandırılması, əməkdaşlara hücum halları da qeydə alınıb.
Məsələn, bir neçə gün öncə, avqustun 25-də Ukraynanın qərbindəki Ternopolda bir qrup yerli sakin TÇK əməkdaşlarına məxsus nəqliyyat vasitəsinə hücum etmişdi. Daha sonra hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb edilib və şəhər küçələrində zirehli maşınlar görünmüşdü.
Müəllif: Tural
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







