MDB
Qadın liftdə uşaq dünyaya gətirdi
Qadın doğum evinə gedərkən qız uşağı dünyaya gətirib - həkimlər doğuşu Moskvada binaların birindəki liftdə qəbul etməli olublar.
Publika.az xəbər verir ki, bu barədə Sklifosovski adına Təcili Tibbi Yardım Elmi-Tədqiqat İnstitutunun "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, qadında sürətli doğuş başlayıb və o, doğum evinə çatmağa macal tapmayıb - dölətrafı sular liftin içində gəlib. Təcili tibbi yardım əməkdaşları doğuşu hadisə yerində qəbul edib, daha sonra ana və uşağı N. V. Sklifosovski adına Təcili Tibbi Yardım Elmi-Tədqiqat İnstitutuna çatdırıblar.
Həkimlər göbək ciyəsini kəsib, qadından qan analizləri götürüb və onun vəziyyətini, o cümlədən ciddi qan itkisini istisna etmək məqsədilə yoxlayıblar. Körpə də mütəxəssislər tərəfindən müayinə olunub. Həkimlər ana və uşağın sağlamlığı üçün təhlükə olmadığından əmin olduqdan sonra ailə doğum evinə köçürülüb və üç gün sonra evə buraxılıb.
Hüseyn İbadlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







