MDB
Rusiyada dəhşətli qəza - 6 nəfər öldü, 38 nəfər yaralandı
Stavropol diyarında sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində altı nəfər həlak olub, daha 38 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyindən məlumat verilib.
Xəsarət alanlar arasında 11 uşaq da var. Stavropol diyarının qubernatoru Vladimir Vladimirovun sözlərinə görə, dörd nəfər reanimasiya şöbəsinə yerləşdirilib.
Qəza gecə saat 1 radələrində “Qafqaz” federal avtomobil yolunun İnоzemtsevo ərazisindən keçən hissəsində baş verib. Gürcüstan–Moskva marşrutu üzrə hərəkət edən “Setra” markalı avtobus qarşısında hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb, daha sonra yoldan çıxaraq xəndəyə düşüb.
Xəsarət alanların hamısı Pyatiqorsk şəhərindəki xəstəxanalara çatdırılıb. Dörd uşağın vəziyyəti qənaətbəxşdir, bir uşaq isə reanimasiyadadır.
İlkin məlumata görə, avtobusun sürücüsü “KamAZ”a qədər olan məsafəni və hərəkət sürətini düzgün hesablamayıb.
Hadisənin bütün halları və səbəbləri Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin və istintaq orqanlarının əməkdaşları tərəfindən araşdırılır.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







