MDB
Putin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə görüşüb?
Rusiya Prezidenti Vladimir Putin Moskvaya səfər edən ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff ilə təkbətək görüş keçirməyib.
Publika.az-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti"nin jurnalisti Pavel Zarubinə bildirib.
"Xeyr, Prezidentlə görüş olmayıb", - mətbuat katibi təsdiqləyib.
O, bununla yanaşı qeyd edib ki, Rusiya və ABŞ kəşfiyyat orqanları arasında əlaqələrin Rusiya-Ukrayna münaqişəsinin həllinə təsiri səsləndirilən təkliflərdən asılı olacaq.
"Nizamlanmaya təsir təkliflərdən, səsləndirilən ideyalardan asılıdır, amma kəşfiyyat orqanları arasında əlaqələrin bağlanması məhz bunun üçündür", - Peskov deyib.
Daha əvvəl bildirilib ki, 25 avqustda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru yüksək vəzifəli Rusiya rəsmiləri ilə bir sıra görüşlər üçün Moskvaya səfər edib. "The Wall Street Journal" qəzeti xəbər verib ki, görüşlər zamanı Retkliff Moskvanı Ukrayna ilə münaqişə kontekstində NATO ölkələri ilə mümkün eskalasiya barədə xəbərdar etmiş ola bilər.
ABŞ Prezidenti Donald Tramp daha sonra bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Rusiyaya gedişi rutin xarakterli səfər olub.
-
Nida Xəbər 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...




















.jpg)




.jpg)








.jpg)