MDB
Putinin filosofundan çağırış: Qərbin dediyinə məhəl qoymamalı, daha qəddar olmalıyıq
Ukrayna müharibəsində qələbə qazanmaq üçün Moskva Qərbin Rusiya haqqında dediklərinə məhəl qoymamalı və Kiyevi qəti məğlubiyyətə uğratmaq üçün əlindən gələni etməlidir.
Publika.az xəbər verir ki, bunu məşhur rus filosofu Aleksandr Duqin özünün "Russian Demiurge" kanalında deyib. O, Rusiya Silahlı Qüvvələrinin zərbələrini şərh edib. Onun sözlərinə görə, mərhəmət yalnız artıq məğlub olmuş düşmənə göstərilməlidir.
“Beləliklə, Qərb auditoriyasını qaranın qara, ağın isə ağ olduğuna inandırmağa çalışmağa davam etməliyikmi? Enerjimizi, natiqliyimizi boşa sərf etməyə və qərəzli Avropa mediasının yalanlarından qəzəblənməyə dəyərmi? Axı həqiqəti orta statistik qərbliyə çatdırmaq üçün etdiyimiz bütün cəhdlər heç bir müsbət nəticə vermir.
Nəticə belədir: biz sadəcə, kin və qəzəb olmadan mübarizə aparmalıyıq", - deyə Duqin müharibənin ssenarisində dəyişiklik təklif edir.
"Qələbə üçün hələ çox şeyin öhdəsindən gəlməli olacağıq. Bəlkə indi, gözləmədən, hər şeyi birdən-birə aradan qaldırmalı, bununla da vaxt qazanıb hamısına birdən son qoymalıyıq? Və Qələbə olacaq. Və sonra hamısını mühakimə edəcəyik. Ədalətli şəkildə. Mərhəmət yalnız məğlub olanlara, ayaqlarımızdakılara göstərilməlidir. Düşmən təslim olmadığı müddətcə, biz onu məhv edəcəyik. Bütün qəzəb və qətiyyətlə", - Duqin bildirib.
Müəllif: Tural
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







