MDB
Putindən Qarabağ açıqlaması - “Bu, Ermənistan üçün müsbət tərəflər vəd edir”
“Ermənistan rəhbərliyinin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması Ermənistan üçün müsbət tərəflər vəd edir”.
Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.
“Bəlkə də Ermənistanın indiki rəhbərliyinin bu qərarında özünəməxsus müsbət məqamlar var, çünki bu vəziyyət səhifəni çevirməyə və artıq hər hansı münaqişə olmadan irəli getməyə imkan verir. İnsanları yeni yaşayış yerlərində yerləşdirmək, infrastrukturu blokdan çıxarmaq, iqtisadiyyatda yeni həyata başlamaq, sərhədləri investisiyalar üçün açmaq və sairə”, - deyə Putin jurnalistlərə bildirib.
Ermənistanın Avropa İttifaqına can atmasından danışan Rusiya lideri həmçinin əlavə edib ki, respublika Aİİ çərçivəsindəki fəaliyyətdən böyük güzəştlər əldə edir və söhbət yalnız enerji daşıyıcılarının qiymətindən getmir.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































