MDB
Zelenski Rusiyaya cəhənnəm vəd etdi: Onların sayı o qədər çox olacaq ki...
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya qarşı dron hücumlarının artacağına işarə edərək bildirib ki, "Rusiya hava məkanında dronların o qədər yüksək konsentrasiyası olacaq ki, bunu nəzərə almaq lazımdır".
Publika.az xəbər verir ki, Zelenski sosial media hesablarında paylaşdığı video mesajda Rusiya hava məkanından istifadə edən aviaşirkətlərə, sığortaçılara və Rusiyanın əsas hava limanlarından istifadə etməyə davam edən tərəflərə müraciət edib. Rusiya hava məkanının artıq təhlükəsiz olmadığını iddia edən Zelenski bildirib ki, Ukrayna mülki aviasiyanın özü və ya hər hansı bir mülki təyyarə təhdid edilmir, lakin Rusiya səmasında pilotsuz uçuş aparatlarının sıxlığı o qədər yüksək olacaq ki, bunu nəzərə almaq lazımdır". Zelenski Rusiya hakimiyyət orqanlarının hava məkanındakı təhlükələrlə bağlı lazımi məlumatları vermədiyini iddia edərək bildirib ki, "Rusiyanın hava məkanı faktiki olaraq bağlanacaq. Rusiyanın başlatdığı müharibə öz hava məkanını bağlayır".
O vurğulayıb ki, "Rusiya hava məkanında təhlükəsiz dövrlər bitdi" və bu xəbərdarlığın həm Kiyev, həm də Moskvadakı səfirlər tərəfindən eşidilməsinin vacibliyini qeyd edib.
Zelenski bildirib ki, diplomatlar Rusiyanın müharibəsinin Ukrayna və Ukrayna xalqı üçün nə demək olduğunu bilirlər və bu məlumatı müvafiq paytaxtlarına çatdırmalıdırlar. O, xüsusilə qeyd edib ki, Moskva, Sankt-Peterburq və Rusiyanın digər əsas yerlərindəki hava limanlarına və hava limanlarından uçuşlar həyata keçirən aviaşirkətlər xəbərdarlığa diqqət yetirməlidirlər.
Müəllif: Tural
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































