MDB
Rusiyada jurnalistlərin də olduğu vertolyot yola çırpıldı - FOTO
Rusiyanın Saxalin vilayətində vertolyot sərt eniş edib.
Publika.az xəbər verir ki, bu barədə “Saxalin” teleqram kanalı məlumat yayıb.
Şahidlərin sözlərinə görə, vertolyot Dolinsk rayonundakı magistral yolda Takoe kəndi yaxınlığındakı xəndəyə düşüb. Qəzanın səbəbi hələlik məlum deyil.
Bildirilir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb, yanğın baş verməyib və hadisənin baş vermə səbəbləri araşdırılır.
Sözügedən helikopter Saxalin Vilayət Seçki Komissiyası tərəfindən çətin gedilən ərazilərdə erkən səsvermənin təşkili üçün istifadə edilən Mi-8 vertolyotudur.
Pilot peşəkarlıq nümayiş etdirərək vertolyotu Yujno-Saxalinsk -Dolinsk magistral yoluna endirib. Vertolyotun göyərtəsində uçuş heyəti, seçki komissiyasının nümayəndələri və "Qubernskie Vedomosti" nəşriyyatı da daxil olmaqla Saxalin media orqanlarının əməkdaşları olub.
Müəllif: Tural
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































