MDB
Putindən inflyasiya ilə bağlı ETİRAF: Belə bir təhlükə...
Rusiya prezidenti Vladimir Putin ölkə iqtisadiyyatında inflyasiyanın kəskin sıçrayışı təhlükəsinin olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, Putin bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
Onun sözlərinə görə, son dövrdə Rusiya iqtisadiyyatı ciddi risklərlə üzləşib və əsas təhlükələrdən biri inflyasiyanın nəzarətdən çıxaraq kəskin artması olub. Putin bildirib ki, hakimiyyət orqanlarının vaxtında və koordinasiyalı addımları nəticəsində bu təhlükənin qarşısı alınıb.
“Əsas məqsəd inflyasiyanın qarşısını almaqdır. Biz heç bir hiper sıçrayışa yol verə bilməzdik, belə bir təhlükə var idi”, - Rusiya prezidenti vurğulayıb.
Putin qeyd edib ki, Mərkəzi Bank və hökumətin həyata keçirdiyi sərt pul-kredit siyasəti, eləcə də çevik büdcə tənzimlənməsi tədbirləri xarici çağırışlara və dünya xammal bazarlarındakı qeyri-sabitliyə baxmayaraq vəziyyəti nəzarətdə saxlamağa imkan verib.
Qeyd edək ki, Şərq İqtisadi Forumu sentyabrın 1-4-də keçirilir. Forumun builki əsas mövzusu “Uzaq Şərq - insanların rifahı naminə inkişaf”dır.
Müəllif: Adəm Abbaslı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































