MDB
“Jujjalka” yenə danışdı: "Qiyamət radiosu"ndan iki müəmmalı söz
Rusiyada “Qiyamət günü radiosu” kimi tanınan UVB-76 (“Jujjalka”) radiosu sentyabrın ilk cümə axşamı adi monoton siqnalını iki dəfə kəsərək efirə müəmmalı mesajlar verib.
Publika.az xəbər verir ki, ilk yayım Moskva vaxtı ilə saat 11:32-də qeydə alınıb. Adi uğultu əvəzinə efirdə “BABKİN” və “ORQANİÇNIY” sözləri səslənib. Bu, sentyabr ayında radiostansiyanın ilk belə yayımı olub.
Avqustda isə UVB-76 efirə “PEREŞİB” və “BLİJAYŞİY” sözlərini verib.
Qeyd edək ki, 1970-ci illərdə yaradılan UVB-76 adətən yalnız aşağı tezlikli monoton uğultu yayır. Radiostansiyanın əsl funksiyaları və kimə məxsus olması rəsmi şəkildə açıqlanmadığından, hər dəfə efirdə səsli mesajların səslənməsi radiohəvəskarların və müşahidəçilərin diqqətini cəlb edir.
Müəllif: Adəm
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































