MDB
Paşinyan Rusiyaya göndərməyə səfir tapa bilmir - Elə bir kadr axtarır ki...
Ermənistan hakimiyyəti Rusiyaya yeni səfir vəzifəsinə namizəd axtarışını davam etdirir.
Publika.az xəbər verir ki, "Joqovurd" qəzetinin məlumatına görə, Rusiyadakı əvvəlki səfir Qurgen Arsenyanın fəaliyyəti Ermənistan baş nazirinin gözləntilərini doğrultmayıb.
Nikol Paşinyanın iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün şəxsi səyləri də hələ nəticə verməyib. Qəzet qeyd edir ki, Paşinyan Moskvaya təkcə bir diplomat deyil, həm də Rusiya tərəfi ilə müxtəlif səviyyələrdə səmərəli işləyə bilən və zərurət yarandıqda İrəvanla Moskva arasındakı münasibətlərdə mübahisəli məsələləri həll edə bilən siyasi komandasının üzvünü göndərmək istəyir. Bu məsələ Paşinyanın Moskvaya qarşıdan gələn səfəri fonunda xüsusilə aktualdır.
"Joqovurd" iddia edir ki, Ermənistanın baş naziri hətta Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanı (Paşinyan komandasındakı qatı qərbpərəstlərdən biri) yeni səfir vəzifəsinə namizədlər arasında hesab edib.
Bundan əvvəl xarici işlər nazirinin müavini Mnatsakan Safaryanın adı da mediada mümkün namizəd kimi hallanırdı.
Müəllif: Tural
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































