MDB
Kasyanov 87 yaşında vəfat etdi
Rusiyanın məşhur kaskadyorlarından olan əməkdar məşqçi Tadeuş Kasyanov 87 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "Şkola SENE" "Telegram" kanalı məlumat yayıb.
Qeyd edilib ki, Kasyanov Əlbəyaxa Döyüş və Ənənəvi Karate üzrə Ümumittifaq və Ümumrusiya Federasiyasının təsisçisi, direktoru olub. O, sentyabrın 4-də gecə vəfat edib. Məşhur məşqçinin ölüm səbəbi açıqlanmayıb.
Məlumatda o da vurğulanıb ki, dəfn mərasimi 6 sentyabr saat 11:00-da Zaxaryevodakı kilsədə keçiriləcək. Məşqçi Şerbinskoye qəbiristanlığında dəfn olunacaq.
Tadeuş Kasyanov idman karyerasına boksla başlayıb. Lakin sonradan o, karate ilə maraqlanıb. Ötən əsrin sonlarında bu döyüş sənəti Sovet İttifaqında yeni-yeni inkişaf etməyə başlamışdı və Kasyanov nəinki usta dərəcəsinə qədər çatıb, o, həm də məktəb yaradıb.
Kasyanov kaskadyor kimi isə ekranda ilk dəfə 1980-ci ildə nümayiş olunan "20-ci əsrin quldurları" filmində görünüb. Tadeuş məhz karateni təbliğ etmək üçün filmdə çəkilməyə razı olub. Daha sonra o, "Nabat" və "Xüsusi diqqət zonasında" da daxil olmaqla bir neçə başqa filmdə də rol alıb. Lakin məşqçi sonradan daha çox idmana və tələbələri ilə işləməyə üstünlük verib.
Müəllif: Tural
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















