MDB
Ukrayna Kurtovkanı belə itirdi - VİDEO
Rusiya qoşunları Ukraynanın Donetsk bölgəsinin Kurtovka yaşayış məntəqəsini nəzarətə götürüb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi "Max" platformasında məlumat yayıb.
Paylaşımda qeyd edilib ki, "Cənub" Qüvvələr Qrupunun bölmələri "Donetsk Xalq Respublikası"nın Kurtovka kəndini azad ediblər".
Bundan əlavə, döyüşçülər qondarma respublikanın dörd rayonunda - Kramatorsk, Slavyansk, Drujkovka və Verolyubovka yaxınlığında beş mexanikləşdirilmiş briqada, bir motoatıcı briqada, bir hava-hücum briqadası, bir dağ hücum briqadası, bir hücum alayı və iki ərazi müdafiə briqadasından ibarət birləşmələrini məğlub edə biliblər.
Gərgin döyüşlər nəticəsində Ukrayna Silahlı Qüvvələri 205-dən çox hərbçi, eləcə də texnikalar - iki zirehli döyüş maşını, 16 nəqliyyat vasitəsi və iki səhra artilleriya qurğusunu itirib. Bu qurğulardan biri ABŞ istehsalı olan 155 mm-lik "Paladin" özüyeriyən artilleriya qurğusu olub.
Müəllif: Tural
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
































