MDB
Rusiyadan növbəti nüvə təhdidi: "Səbrimiz sonsuz deyil!"
"Ukrayna terror metodlarına əl atıb Rusiyadakı mülki obyektlərə hücum edən zaman Qərb ölkələri susurlar".
Publika.az xəbər verir ki, bunu Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev "Ungeskriptet" podkastında bildirib.
O, Moskvanın hələlik ən güclü silahlardan istifadə etməyə hazır olmadığını bildirib. Diplomat Rusiyanın nüvə doktrinasını xatırladıb. Bununla belə, səfir vurğulayıb ki, onların səbri də sonsuz deyil, xüsusən də Ukraynanın hazırda yalnız mülki əhaliyə qarşı terrorçu metodlardan istifadə etdiyini nəzərə alsaq səbr kasası daşa bilər.
Neçayev Ukrayna Silahlı Qüvvələrinin tələbə yataqxanasına hücum etməsini terror aktı adlandırıb, Starobelskdəki hücumu xüsusi olaraq xatırladıb. Kremlin Almaniyadakı diplomatı bu hücumun qəsdən təşkil edildiyini və ərazidə heç bir hərbi obyektin olmadığını qeyd edib.
O Qərbi qınayaraq deyib: "Lakin Qərbdə heç kim bu sualları vermədi: "Siz nə edirsiniz? Nə üçün etdiniz? Bu necə mümkündür axı?".
Müəllif: Tural
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)














