MDB
Trampın xüsusi elçiləri Kremldə - Onları nahara kim dəvət edib?
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin olduğu kortej Kremlin ərazisinə daxil olub.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Amerika nümayəndə heyətinin təyyarəsi Bakı vaxtı ilə saat 13:52-də Moskvanın “Vnukovo” hava limanına enib. Onları orada Rusiya Doğrudan İnvestisiyalar Fondunun (RDİF) rəhbəri, Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Daha sonra amerikalı diplomatların olduğu kortej ABŞ-ın Rusiyadakı səfirinin iqamətgahına gəlib.
Həmçinin Dmitriyev, Uitkoff və Kuşnerin Moskvanın restoranlarından birində nahar edərkən görüntüləndikləri bildirilib.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib ki, amerikalı elçilər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcəklər.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















