MDB
Putin-Tramp-Si Cinpin görüşü keçiriləcək? - Rusiya "ideya var" dedi
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov diqqət çəkən açıqlama verib.
Publika.az TASS-a istinadən xəbər verir ki, o, Rusiya, ABŞ və Çin liderləri arasında üçtərəfli görüşün keçirilməsini istisna etməyib.
"Belə bir ideya var və o, digər məsələlərlə yanaşı ictimai məkana da atılıb",- XİN rəsmisi deyib.
Lakin Ryabkov onu da əlavə edib ki, üç dövlət liderinin görüşünün hazırlıq mərhələsində olduğunu demək də düzgün deyil. Bu, məsələnin şişirdilməsi olar.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin, Donald Tramp və Si Cinpinin qarşıdan gələn Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində üçtərəfli görüş keçirə biləcəklərini demişdi. Kreml rəsmisi xatırladıb ki, Si Cinpin APEC sammitinə ev sahibliyi edən ölkə rəhbəri kimi Trampın tədbirdə mümkün iştirakından danışmışdı. Uşakov onu da əlavə edib ki, Putin də tədbirə dəvət olunub.
Müəllif: Tural
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...




































.jpg)

