MDB
Lavrovdan Berlinə cavab: "Bu, əsl müharibənin başlanğıcıdır!"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov diqqət çəkən açıqlamalar verib.
Publika.az TASS-a istinadən xəbər verir ki, o, Leypsiqdəki dron qalmaqalı ilə bağlı Qərbin Rusiyaya qarşı səsləndirdiyi ittihamları "əsl müharibənin başlanğıcı" adlandırıb. Rusiya XİN rəhbəri "Rossiya" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində deyib ki, dərhal verilən qərarlar diqqət çəkir: "Onlar dedilər ki, bu, Rusiya dronudur və heç kim araşdırma aparmağa çalışmadı. Bu, ümumilikdə əsl müharibənin başlanğıcıdır!".
Lavrov qeyd edib ki, Almaniya dərhal Berlindəki Rus Evini və Bonndakı Baş Konsulluğu bağlamaq qərarına gəlib. Rusiya rəsmisi xatırladıb ki, Böyük Vətən Müharibəsi başlamazdan əvvəl almanlar da diplomatik nümayəndəliklərini bağlamışdılar.
Xatırladaq ki, 5 avqust gecəsi Leypsiq hava limanında Ukraynaya məxsus An-124 təyyarəsinin yaxınlığında partlayıcı maddələr daşıyan dron tapılıb. Daha sonra yük təyyarəsi havada naməlum obyektlə toqquşub və təyyarənin quyruğuna zərər dəyib. Alman müstəntiqləri insidentlə bağlı iki nəfəri şübhəli bilirlər. Mediada yayılan məlumata görə, onlar Rusiya ilə əlaqəsi olduğu iddia edilən Latviya və Belarus vətəndaşlarıdır.
Müəllif: Tural
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu

























_(1).jpg)









