MDB
Bezenqi dərəsində qar uçqunu - Ölənlərin sayı 11-ə çatdı
Kabardin-Balkariyanın Bezenqi dərəsində baş verən qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Respublika üzrə Baş İdarəsi məlumat yayıb. Agentliyin yenilənmiş məlumatına görə, on iştirakçı dağdan təkbaşına enməyi bacarıb. Daha altı alpinist xəstəxanalara aparılıb. On bir nəfər ölüb.
Sentyabrın 6-sı axşamı Mijirqi dağının yamacından uçqun düşüb. Əvvəlcə Fövqəladə Hallar Nazirliyi 15 alpinistdən ibarət qrup barədə məlumat vermişdi. Həmin vaxt iki nəfərin öldüyü, üç nəfərin yaralandığı, on nəfərin isə taleyinin naməlum olduğu bildirilirdi.
Hadisə yerində Elbrus Yüksək Dağ Axtarış-Xilasetmə Qrupunun xilasediciləri işləyir. Əməliyyat dağlıq ərazinin kələ-kötür olması və davam edən uçqun təhlükəsi ilə çətinləşir. Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri də cəlb olunub.
Hadisədən sonra İstintaq Komitəsi səhlənkarlıq maddəsi ilə cinayət işi açıb. Faciənin səbəbləri və şəraiti araşdırılır.
Müəllif: Tural
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















