MDB
Gürcüstanın sabiq baş prokuroru Rusiyada bölmə yaratdı - Ukraynaya qarşı vuruşacaq
Gürcüstanın keçmiş baş prokuroru Otar Romanov-Partsxaladze Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyada "Georgievski" adlı beynəlxalq bölmə yaradıb.
Publika.az xəbər verir ki, bu barədə "European Pravda" məlumat yayıb.
ABŞ, Böyük Britaniya və Ukraynanın sanksiyaları altında olan keçmiş gürcü rəsmisi Rusiya-Ukrayna müharibəsində könüllü olaraq Rusiya Federasiyasının tərəfində döyüşmək qərarına gəldiyini bildirib.
Romanov-Partsxaladze yeni yaratdığı "Georgievski" bölməsinə rəhbərlik edəcək.
O, qrupun adının 1783-cü il Georgiyevsk müqaviləsi ilə əlaqəli olduğunu və bu müqaviləyə əsasən Gürcüstanın Kartli-Kaxeti krallığının Rusiya imperiyasının protektoratı altına keçdiyini açıqlayıb.
Otar Partsxaladze 2013-cü ilin noyabr ayından dekabr ayına qədər Gürcüstanın Baş prokuroru vəzifəsində çalışıb. 2023-cü ildə ABŞ ona qarşı sanksiyalar tətbiq edib.
Müəllif: Tural
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı











.jpg)










.png)











