MDB
Yaponiyadan sonra Rusiyada da başladı: Ayılar kütləvi şəkildə öldürülür
Rusiyanın Altay Respublikasında yırtıcının turistə hücum etməsindən sonra ovçular 55 ayı öldürüblər.
Publika.az xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidməti “VKontakte” sosial media platformasında məlumat yayıb.
Respublikada ayıların insanlara yaxınlaşması hallarının daha çox baş verdiyi qeyd edilib. Onqudai və Turoçak rayonlarında yüksək hazırlıq rejimi elan edilib. Sonuncu rayonda saat 20:00-dan 10:00-dək komendant saatı tətbiq olunur.
"İnsana hücum hadisəsi qeydə alınıb. Nəticədə ov icazələrinin sayı artırılıb; indiyə qədər 55 fərd ovlanıb", - məlumatda deyilir.
Hökumətin məlumatına görə, bölgədəki qəhvəyi ayıların ümumi sayı 4600-dən çoxdur. Populyasiyanı tənzimləmək üçün Altay Respublikasının Təbii Sərvətlər Nazirliyi onların ovlanması üçün 157 lisenziya verib.
Hakimiyyət orqanları sakinlərə və bölgəyə gələn qonaqlara ehtiyatlı olmağı və meşələrə baş çəkməkdən çəkinməyi tövsiyə edib.
Daha əvvəl Yaponiyada 14 min ayının öldürüldüyü barədə məlumat yayılmışdı.
Müəllif: Tural
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















