MDB
Novorossiyskə hücum: Rusiyanın ən böyük limanı yanır
Ukraynaya məxsus pilotsuz uçuş aparatları sentyabrın 9-na keçən gecə Rusiyanın ən böyük dəniz limanlarından birinin yerləşdiyi Novorossiysk şəhərinə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə şəhər rəhbəri Andrey Kravçenko bildirib.
Onun sözləriə görə, PUA qalıqları müəssisələrin ərazisinə və yaşayış binasının yaxınlığına düşüb. İlkin məlumata görə, ölən və yaralanan olmayıb.
"Astra" "Telegram" kanalının hadisə şahidlərinin görüntülərinə əsasən apardığı araşdırmaya görə, hücumun hədəfi dəniz ticarət limanının tərkibinə daxil olan Novorossiysk mazut terminalı olub. Terminal dəmir yolu ilə gətirilən mazutun qəbulu, saxlanılması və gəmilərə yüklənməsi ilə məşğuldur və illik ötürmə gücü təxminən 4 milyon ton təşkil edir.
Hücum nəticəsində ən azı bir yanacaq çəni zədələnib. Yerli sakinlərin yaydığı videolarda terminal ərazisində güclü yanğın baş verdiyi görünür. Məlumata görə, Volqoqradskaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında da yanğın qeydə alınıb.
Qeyd edək ki, Ukrayna ötən aydan Novorossiysk limanına hücumları intensivləşdirib. Liman Rusiyanın taxıl ixracının təxminən üçdə birinin həyata keçirildiyi mühüm mərkəz olmaqla yanaşı, neft, metal və konteyner yüklərinin dünya bazarlarına çıxarılmasında da əsas rol oynayır.
Ukraynanın Rusiya ərazisindəki ixrac infrastrukturlarına hücumlarının əsas məqsədinin Moskvanın gəlirlərini azaltmaq və müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq olduğu bildirilir.
Müəllif: Adəm
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















