MDB
Ukrayna dronları Azərbaycanla sərhəddə: Liman və teatr binası vuruldu
Sentyabrın 9-dan 10-na keçən gecə Rusiyanın hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 448 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, PUA-lar Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Oryol, Rostov və Tula vilayətləri, həmçinin Dağıstan, Kalmıkiya, işğal altında olan Krım və Krasnodar diyarı üzərində vurulub. Bundan başqa, Xəzər və Qara dəniz akvatoriyalarında da dronlar məhv edilib.
Bildirilir ki, əməliyyat sentyabrın 9-da Moskva vaxtı ilə saat 20:00-dan sentyabrın 10-da saat 08:00-dək davam edib.
Voronej vilayətinin Borisoglebsk şəhərində isə PUA qalıqları fərdi yaşayış evinin üzərinə düşüb. Nəticədə 1983-cü il təvəllüdlü qadın ölüb, daha iki nəfər yaralanıb.
Regional təcili yardım qərargahının məlumatına görə, Soçidə sahilə pilotsuz qayıqların hücumu nəticəsində yaralananların sayı səkkizə çatıb.
Daha əvvəl bildirilirdi ki, hücum nəticəsində sahildə yanğın baş verib.
Bundan əlavə, Dağıstanda baş verən dron hücumu liman infrastrukturuna və teatra ziyan vurub. Respublika rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şukinin sözlərinə görə, itki olmayıb.
"PUA-nın qalıqlarının düşməsi nəticəsində Mahaçqaladakı liman infrastrukturunda və Qamzat Tsadasa Avar Musiqili Dram Teatrında yanğınlar baş verib", - deyə o qeyd edib.
PUA təhlükəsi səbəbindən Mahaçqala hava limanında təyyarələrin giriş-çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Adəm
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
















.jpg)



















