Səs-küy, partlayış, panika: Ukrayna Soçini viran qoydu
Bizi izləyin

MDB

Səs-küy, partlayış, panika: Ukrayna Soçini viran qoydu

Səs-küy, partlayış, panika: Ukrayna Soçini viran qoydu

Ukrayna Silahlı Qüvvələrinin dəniz dronları ilə Soçi sahilinə hücumu zamanı şəhərin sahilboyu ərazisində böyük panika yaşanıb.

Publika.az xəbər verir ki, hadisə şahidlərinin danışdıqlarını "93.ru" yayıb.

Şahidlərdən birinin sözlərinə görə, partlayışlar yaxınlaşdıqdan sonra sahildə olan insanlar qaçmağa başlayıblar. O bildirib ki, əvvəlcə insanlar hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinə baxırmış, lakin partlayışlardan biri təxminən 300 metr məsafədə baş verdikdən sonra vəziyyət dəyişib.

“Hamı qışqırır, uşaqlar ağlayır. Hamı qaçır, ətrafda isə partlayışlar baş verir. Hara qaçdığımızı bilmirik, çünki heç yerdə sığınacaq yoxdur”, - şahid deyib.

Digər hadisə şahidi qeyd edib ki, Soçidə insanlar hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinə artıq müəyyən qədər öyrəşiblər. Onun sözlərinə görə, lakin bu dəfə partlayışların səsi daha güclü olub və səmada atəş səsləri ilə müşayiət olunan işıqlanma müşahidə edilib.

“Belə bir şey hələ olmamışdı”, - deyə o vurğulayıb.

Hücum zamanı sahilin yaxınlığında yerləşən “Festivalnı” Mədəniyyət Evində Tatyana Bulanovanın konserti keçirilirdi. Tədbir yarımçıq dayandırılıb, tamaşaçılar təxliyə ediliblər.

Tamaşaçılardan birinin həyat yoldaşının sözlərinə görə, həyəcan siqnalından sonra zalda panika başlayıb. Onun bildirdiyinə görə, insanlar qaçarkən yerə yıxılıb, ətrafda partlayış səsləri eşidilib. Qadın avtomobilə qaçarkən zərbə dalğasının təsirindən yıxılıb.

Ukraynanın pilotsuz katerləri Soçiyə sentyabrın 9-u gecə saatlarında hücum edib. Hadisə nəticəsində çimərlik infrastrukturu və sahilin ona bitişik hissəsi zərər görüb. Son rəsmi məlumatlara görə, hücum nəticəsində 28 nəfər xəsarət alıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm