MDB
Özbəkistanda əlifba dəyişdirildi - Neçə hərf olacaq?
Özbəkistan parlamentinin yuxarı palatası latın qrafikası əsasında özbək əlifbasının strukturunu dəyişən qanun qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Qanunla “Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında” Özbəkistan Respublikasının Qanununa müvafiq dəyişikliklər edilir ki, bunlar 26 hərf və 3 hərf birləşməsi əvəzinə latın qrafikasına əsaslanan özbək əlifbasının 28 hərf və bir apostrofdan ibarət olmasını nəzərdə tutur. Müzakirələr başa çatdıqdan sonra qanun senatorlar tərəfindən bəyənilib”, - bəyanatda deyilir.
Rəsmi məlumatda vurğulanır ki, parlamentarilər artıq bu təşəbbüsün təsdiq edilməsi üçün səs veriblər. Bununla yanaşı, keçid dövrü nəzərdə tutulur: köhnə qrafika ilə olan sənədlər, əskinaslar, qiymətli kağızlar, eləcə də mövcud lövhələr və dövlət rəmzləri onlar dəyişdirilənə və ya fiziki olaraq köhnələnə qədər dövriyyədə qalacaq.
Senatda hesab edirlər ki, bu qərar özbək dilinin rəqəmsal mühitdə inkişafını dəstəkləyəcək və onun tətbiqini sadələşdirəcək.
Yaxın vaxtlarda sənəd dövlət başçısının imzasına təqdim olunacaq.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...















.jpg)
.png)







.jpg)














