MDB
Qərblə Rusiya arasında böyük müharibə təhlükəsi - “Avropalılar odla oynayırlar”
”Avropa ilə birbaşa müharibə təhlükəsi mövcuddur; hələ 80 il əvvəl strateji düşünməyi dayandırmış avropalılar odla oynayırlar“.
Publika.az xəbər verir ki, bunu News.am-ın “Güc amili” verilişində Rusiya Beynəlxalq İşlər Şurasının sədri, politoloq Dmitri Trenin bəyan edib.
Onun qiymətləndirməsinə görə, avropalılar hər hansı yeni addım atdıqda, onların fikrincə, Rusiya üçün mövcud olan "qırmızı xətti" keçirlər.
Politoloq əlavə edib ki, avropalılar Ukraynaya yardıma zirehli geyim və dəbilqələrdən başlayıb, daha sonra tanklara, “F-16” təyyarələrinə və s. keçiblər.
“Və onlar hər dəfə yoxlayırlar ki, nəyə icazə var, nəyə yox. Hesab edirəm ki, müəyyən məqamda onlar həddi aşa və Rusiyanın hərbi doktrinasına uyğun gələcək cavab tədbirinə səbəb ola bilərlər”, - deyə o qeyd edib.

Trenin vurğulayıb ki, avropalılar Rusiyanın həmin ölkələrin ərazilərinə zərbələr endirməyə başlamasına nail ola bilərlər.
“Bəzi vəziyyətlərdə mən nüvə silahının tətbiqini də təsəvvür edə bilərdim”, - deyə o, bunun baş verməyəcəyinə ümid etdiyini istisna etməyib.
O vurğulayıb ki, avropalılar çoxdan və inadla böyük müharibəni qızışdırırlar. Ekspert əminliyini ifadə edib ki, Rusiya geri çəkilməyəcək və öz maraqlarının həyata keçirilməsinə nail olacaq.
Politoloq izah edib ki, Ukrayna müharibəsi daha geniş hadisənin - Qərbin Rusiyaya qarşı müharibəsinin bir hissəsidir. Onun sözlərinə görə, bu müharibə onilliklər boyu davam edəcək, çünki Qərb (Avropa) Şərq sərhədlərində güclü Rusiyaya özünə icazə verə bilməz.
Trenin əlavə edib ki, Birləşmiş Ştatların bir qədər başqa yanaşması var; ABŞ üçün Rusiya amerikalıların idarə edə biləcəyi və ya heç olmasa işləyə biləcəyi qlobal balansın bir hissəsi ola bilər.
O qeyd edib ki, avropalılar Ukraynada özləri üçün “lənətlənmiş rus məsələsi”ni birdəfəlik həll etmək imkanı görüblər. Trenin vurğulayıb ki, bu müharibə mahiyyət etibarilə NATO-nun genişlənməsi prosesi ətrafında başlayıb.
“NATO-nu genişləndirmək nəyə lazım idi? Bu, avropalılara nə verdi? Ukraynalıları onların bu qondarma Avropa seçiminə kim gətirdi? Ukrayna nə aldı? Özünün etdiyi seçimdən hələ nə alacaq?” - deyə o, suallar səsləndirib.
Ekspert əminliklə deyib ki, nəticədə Rusiya öz məqsədlərinə çatacaq, Avropa isə məğlub olacaq.
“Bu yaxınlarda mən Rusiya xarici işlər nazirinin çıxışını eşitdim ki, Avropa ilə mümkün müharibə sadəcə Ukrayna müharibəsinin davamı olmayacaq, çox qısa müharibə olacaq. Və o, dronlarla deyil, başqa vasitələrlə aparılacaq”, - deyə ekspert sözlərini yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz


























.jpg)






.jpg)



