MDB
Ukrayna Volqa sahilindəki iki şəhərə hücum etdi: “Ozon” ticarət mərkəzini dağıtdı
11 sentyabr cümə günü gecəsi Ukrayna Silahlı Qüvvələri Volqa çayı üzərindəki iki Rusiyanın şəhərinə - Volqoqrad və Saratova hücum edib.
Publika.az xəbər verir ki, zərbələr pilotsuz uçuş aparatları (PUA) və raketdən istifadə etməklə həyata keçirilib.
Bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovməlumat verib.
Bildirilir ki, Volqoqradın Krasnoarmeyski rayonunda çoxmənzilli binaya ziyan dəyib.
Vilayət qubernatorunun sözlərinə görə, hücum nəticəsində 42 və 55 yaşlarında iki kişi yaralanıb və xəstəxanaya yerləşdirilib. Volqoqradın cənubundakı sənaye müəssisəsinin ərazisində də dağıntılar olub. Hadisə yerində təcili yardım xidmətləri işləyir.
Saratovda pilotsuz uçuş aparatları (PUA) “Ozon” ticarət logistika mərkəzinə hücum edib.
Bütün işçilər tez bir zamanda təxliyə edilib və ilkin məlumatlara görə, xəsarət alan olmayıb.
“Hazırda müəssisədə məhsullar nümayiş olunmur. Saratovda və ya ətraf bölgədə müştəri sifarişlərini çatdırmırıq və ya qəbul etmirik, eləcə də satıcılardan məhsullar qəbul etmirik. Tranzitdə olanlar digər logistika mərkəzlərinə yönləndirilir”, - bazarın mətbuat xidməti bildirib.
Saratov vilayətinin qubernatoru Roman Busarqin bildirib ki, dronlarının hücumu nəticəsində şəhərdə mülki infrastruktura ziyan dəyib. Bütün təcili yardım xidmətləri hadisə yerindədir. İlkin məlumata görə, itki yoxdur.
Müəllif: Tural
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq






































